Cəmİyyət

Ombudsmanın nümayəndələri Elvin İsayevlə görüşüb

Ombudsmanın nümayəndələri Elvin İsayevlə görüşüb
 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.
 

Ombudsman Aparatından Sfera.az-a  bildirilib ki, Başçəkmə çərçivəsində 12 dekabr 2019-cu ildə Azərbaycan Respublikasına deportasiya olunmuş Elvin İltixam oğlu İsayev də MPQ üzvləri tərəfindən konfidensial qəbul olunub və dinlənilib. E.İsayev saxlanma şəraitindən, tibbi xidmət və saxlanıldığı müddət ərzində onunla rəftardan razılıq edib. Eyni zamanda o, sovqat qəbul edib, ailə üzvləri ilə əlaqə saxlayıb və telefon danışığı hüququ təmin olunub.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, müvafiq qanunvericiliyin tələbləri izah edilib, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.


XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031