Oğluna görə işdən qovulan genaral danışdı:

Oğluna görə işdən qovulan genaral danışdı: "Başımı itirmişəm, nə edəcəyimi bilmirəm" - ÖZƏL

Xəbər verdiyimiz kimi, general Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Novruzəli Orucov Sfera.az-a oğlunun həbsi ilə bağlı danışıb. 

O söyləyib ki, hələlik istintaq davam edir:
"Hər şey istintaqın sonunda bilinəcək. Mənim işdən azad olunma səbəbim bəllidir. Artıq nəsə deməyə söz tapmıram. Başımı itirmişəm, nə edəcəyimi hələ də bilmirəm. Diqqətinizə görə təşəkkür edirəm".

Qeyd edək ki, Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı 10 OG 300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Gülnarə Eynullaqızı
Sfera.az

Share Button

DİGƏR XƏBƏRLƏR