Oğlu Brilliantı özündən çıxardı - “Tərbiyəsiz...”

Oğlu Brilliantı özündən çıxardı - “Tərbiyəsiz...”

 Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb. 

Cahad təhlükəli görüntülərinə "Zolaqlı xətlərlə oynamaq" rəyini yazıb. Cahadın bu paylaşımına anası B.Dadaşova da reaksiya verib və əsəbiləşdiyini bildirib:

"Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm. Başıma ağrı girdi, sənə göstərəcəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam".

Hacıyev isə anasına telefondan istifadə qaydalarını öyrətdiyinə görə peşman olduğunu bildirib. 

DİGƏR XƏBƏRLƏR


---