Oliqarx deputatlar mandatını itirəcək? - Milli Məclisin vizionu dəyişə bilər

Oliqarx deputatlar mandatını itirəcək? - Milli Məclisin vizionu dəyişə bilər

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü Milli Məclisin buraxılmasını şərtləndirib.

Sfera.az xəbər verir ki, YAP bu gün partiyanın qərargahında keçirilən toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs bütün partiya üzvləri tərəfindən dəstəklənib. Azərbaycanda Milli Məclisi buraxmaq Prezidentin kompitensiyasına aiddir. Azərbaycan Prezidenti İlham Əliyev isə həm də YAP-ın sədridir. Deməli, yaxın günlərdə Milli Məclisin buraxılacağını söyləmək olar.

İqtidar kadr islahatlarına start verəndə parlamentin vizionun dəyişdirilməsi də gündəmə gəlmişdi. Ölkənin siyasi-ictimai seqmentinin əhəmiyyətli hissəsi Milli Məclisin dəyişməsinin zərurətə çevrildiyini bildirirdi. Hətta YAP-ın sıralarında təmsil olunanlar da parlamentə yeni nəfəs verməyin lazım olduğu qənaətində idi.

Məsələn, YAP-ın qurucularından olan, partiyanın Siyasi Şurasının üzvü Musa Musayev Yenisabah.az-a müsahibəsində parlamentin dəyişməli olduğunu açıq mətnlə bildirmişdi. Onun fikrincə, Milli Məclisdə oliqarxiya və vəzifəli şəxslər təmsil olunmamalıdır. Musa Musayev həmçinin deputatların sayının artırılmasını təklif edirdi. Onun sözlərinə görə, Milli Məclisə 1995-ci ildə keçirilən I çağırış seçkilərindən 24 il ötüb və bu müddət ərzində əhalinin sayı artıb. Bu baxımdan deputatların da sayı artırılmalıdır.

Milli Məclisin dəyişməsini zəruri hesab edənlər arasında proporsional seçki sisteminin də bərpasını da təklif edənlər var.

Hələlik, yalnız dəqiq olan növbədənkənar seçkilərin keçiriləcəyidir. Deputatların sayının artırılması, proporsional seçki sisteminin bərpa edilməsi, Milli Məclisin vizionunda dəyişiklik olunması məsələlərini isə zaman göstərəcək. (yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...