Olimpiya oyunlarından YENİLİK

Olimpiya oyunlarından YENİLİK

Dünya Güləş Birliyi (DGB) güləş idman növünün dünyada populyarlığının artırılması üçün mütərəqqi addımlar atmaqda davam edir.

Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, Beynəlxalq Olimpiya Komitəsi və DGB İcraiyyə Komitəsinin üzvləri ilə aparılan danışıqların nəticəsində Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının güləş yarışlarında tətbiq ediləcək yeni bir qərar qəbul edilib.

Bu qərara əsasən, 2015-ci ildə Las-Veqasda keçirilmiş Dünya çempionatının finalçıları Olimpiya Oyunlarında eyni yarımqrupda mübarizə aparmayacaq. Püşkatma zamanı "kor püşk" adlandırılan metoddan istifadə edilir, ancaq bu qayda dünya çempionatının finalçılarına şamil edilməyəcək. Qərara əsasən, Dünya çempionatının qalibi üst yarımqrupda, gümüş medalçı isə alt yarımqrupda mübarizə aparacaq. Bu, güclü idmançıların Olimpiya Oyunlarının finalına çıxma şansını artıracaq.

Qərar dünya çempionatının finalında güləşən və lisenziya qazanan idmançıların özlərinin Olimpiya Oyunlarında iştirakı zamanı tətbiq ediləcək. Əgər milli federasiyalar Olimpiya Oyunlarına lisenziya qazanan idmançının özünü deyil, başqa birini iştirak ərizəsinə yazarsa, o zaman bu qərar tətbiq edilməyəcək. 


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...