Olimpiya çempionu akulaya uduzub - Video

Olimpiya çempionu akulaya uduzub - Video

Üzgüçülük üzrə 23 qat olimpiya çempionu amerikalı üzgüçü Maykl Felps 100 metr məsafəyə üzməkdə ağ akulaya uduzub.

Bu barədə "R-sport” informasiya yayıb.

Maykl Felps televiziya proqramlarından birinin təşkil etdiyi yarışda iştirak edib. Kompüter texnologiyasının köməyi ilə idmançının akula ilə yarışması imitasiya edilib. CAR-da Mossel körfəzində keçirilən yarış zamanı Felps xüsusi hazırlanmış hidrokostyum geyinib. Nəticədə 32 yaşlı amerikalı 38.1 saniyə ilə akulanın 36.1 saniyə göstəricisinə 2 saniyə uduzub.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR