Oğlanlar məktəbə yubkada gəlib
18:43 / 23.06.2017
795
İngiltərədə bir məktəbdə havaların isti keçməsinə görə 30 oğlan şagird şortik qadağasına etiraz etmək üçün məktəbə yubka ilə gəlib.
İngiltərənin Ekseter şəhərində yerləşən məktəbin oğlan şagirdləri şortik geyinmək üçün rəhbərliyə müraciət ediblər. Məktəb direktoru Eymi Mitçel müraciətə cavab olaraq oğlanların şortik geyinməsinin məktəbin geyim qaydalarına zidd olduğunu, əgər istəsələr, yubka geyə biləcəklərini söyləyib.
Bu sözlərdən sonra 30 şagird məktəbə yubka ilə gəlib. Bundan sonra açıqlama verən Mitçel havalar belə isti keçərsə, şortik geyinmə qadağasının ləğv edilə biləcəyini deyib.
Sfera.az