“Oğlana türmədə “Dilarə” adı qoymuşdular, ona görə vurdum...”

“Oğlana türmədə “Dilarə” adı qoymuşdular, ona görə vurdum...”

Bakı Ağır Cinayətlər Məhkəməsində Hüseyn Quliyevin və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sfera.az virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Eynulla Vəliyev sədrlik edib.
İstintaq yolu ilə müəyyən edilib ki, Hüseyn Quliyev 30 mart, 2015-cü ildə gecə saatlarında dayanacaqda avtobus gözləyərkən tanışı Sakit Kərimovun ona tərəf gəldiyini görüb.

S.Kərimovun həbsdə olarkən “Dilarə” deyə çağırıldığını bildiyinə görə uzaqdan ona “Dilarə, necəsən?” deyə söz atıb. Sonuncunun ona söyüşlə cavab qaytarmasından əsəbiləşən H.Quliyev Sakiti öldürmək qərarına gəlib və ov bıçağı ilə S.Kərimova zərbələr endirib.

H.Quliyevin əlindən çıxaraq qaçmağa müvəffəq olan S.Kərimov yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırıb və ona tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

Törətdiyi əmələ görə H.Quliyevə Cinayət Məcəlləsinin 29,120.2.2, 221.2.1 və 228-ci maddələri ilə ittiham irəli sürülüb.

Bundan başqa, istintaq zamanı məlum olub ki, Hüseyn Quliyev 24 yanvar, 2015-ci ildə tanışları Zaur və Fərrux Rzayev qardaşları ilə Binəqədi ərazisində yerləşən “Kamran” kafesində olarkən Elnarə Hüseynova ilə aralarında narazılıq yaranıb, onu yumruqla vurublar. Törətdikləri bu cinayətə görə hər üçünə qarşı CM-in 221.2.1-ci maddəsi ilə ittiham elan olunub.

Təqsirləndirilən şəxs qismində dindirilən Hüseyn Quliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

O, ifadəsində 2007-ci ildə hərbi hissəni özbaşına tərk etdiyinə görə Kəpəz rayon Hərbi Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum olunduğunu, sonradan şərti olaraq azadlığa buraxıldığını göstərib:

“Sakiti 15 ildən artıqdır ki, tanıyıram, əvvəllər yoldaşlıq münasibətlərimiz vardı. Narkotik vasitələrin dövriyyəsi ilə bağlı həbs olunmuşdu, sonradan buraxılmışdı. Türmə həyatı gördüyümə görə Sakitin türmədə “yaxşı ad” çıxarmadığını, “Dilarə” deyə çağırıldığını bilirdim. Ona görə də onunla əlaqəni kəsmişdim.

Hadisə baş verən gün dayanacaqda avtobus gözləyən zaman Sakitin taksi sürücülərinin yanında dayandığını görüb ona “Dilarə, necəsən?” dedim. Sakit məni söyərək “Dilarə olmağımı sübut elə” dedi və təhqiramiz sözlər işlətdi. Yaxınlaşıb bir şillə vurdum, həmişə üzərimdə olan bıçağı çıxarıb Sakitə tərəf fırlatdım, neçə bıçaq dəydiyini bilmədim. Zərbələrin təsirindən Sakit yerə yıxıldı, mən isə avtobusa minib şəhərə gəldim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə vaxtı kimsə onları ayırmağa cəhd göstərməyib.

Təxminən bir-iki saatdan sonra şəhərdəki çay evlərinin birində hadisə barədə televizorda danışıldığını eşidib:

“Evə zəng vurub təslim olacağımı dedim. Gecəyarısı evə gəlib paltarlarımı dəyişib yatdım, ertəsi gün səhər saatlarında Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsinə gedib təslim oldum. Əməlimdən peşmanam. Sakiti öldürmək niyyətim olmayıb, söyüş söydüyünə görə cəzalandırmaq istəmişəm”.

Təqsirləndirən şəxs qismində dindirilən Zaur Rzayev ifadəsində Fərruxun doğma qardaşı, Hüseyninin isə dostu olduğunu göstərib:

“Elnarəni hadisədən beş-altı ay əvvəl tanımışam, kafedə işləyirdim. Ədavətim, düşmənçiliyim olmayıb. Hadisə baş verən gün Elnarə söyüş söydüyünə görə mübahisə düşdü, sakitləşmədiyinə görə başına şillə vurdum. Sonradan eşitidm ki, Hüseyn də onu vurubmuş. Bir neçə gündən sonra bizi polisə çağırdılar”.
Təqsirləndirilən şəxs qismində dindirilən Fərrux Rzayevdə eyni məzmunlu ifadə verib.

Zərərçəkmiş şəxs qismində dindirilən Sakit Kərimov ifadəsində göstərib ki, özünə məxsus “VAZ-2107” markalı avtomaşınla meyvə-tərəvəz satmaqla ailəsini dolandırıb.

2014-cü ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib, sonradan şərti azadlığa buraxılıb:

“Hüseynlə aramızda hər hansı dava-dalaş, ədavət olmayıb. Hüseyn də 2014-cü ildə həbs olunmuşdu. Hansı cinayət törətməsindən xəbərim yoxdur. Türmədən çıxandan sonra arada görüşüb salamlaşırdıq.

Hadisə baş verən gün avtobus dayanacağında Hüseyni gördüm. Mənə “Dilarə, necəsən?” dedikdə əsəbiləşdim. Aramızda dava düşdü, mənə tərəf bıçaq atdı, yerə yıxılıb huşumu itirdim. Hadisə zamanı ətrafa xeyli adam toplaşdığından Hüseyn qaçıb getdi”.

Zərərçəkmiş şəxs qismində dindirilən Elnarə Hüseynova ifadəsində təqsirləndirilən şəxsləri tanıdığını, onların mütəmadi olaraq işlədiyi kafeyə müştəri kimi gəldiklərini göstərib:

“Sonradan mən işdən çıxmışdım və başqa yerdə ofisiant işləyirdim. Hadisə baş verən gün orada işləyən rəfiqəmin yanına gəlmişdim. Zaur mənə söz atdı. Ona cavab qaytaranda hər iki qardaş məni döyməyə başladılar. Sonra isə qaçıb getdilər. Hüseynə polisə şikayət edəcəyimi dedim. Hüseyn də buna görə məni yumruqla vurdu. Həmin vaxt yanımızda heç kim yox idi”.

Məhkəmənin hökmü ilə Hüseyn Quliyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Fərrux Rzayev 2 il, Zaur Rzayev isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Rzayev qardaşları məhkəmə zalında həbs olunublar.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...