Maqazİn

Oksana ilk dəfə övladından danışdı - FOTO

Oksana ilk dəfə övladından danışdı - FOTO
Yenicə ana olan rəqqasə Oksana Rəsulova ilk dəfə ana olmasından danışıb.
 
Sfera.az xəbər verir ki, "X maqazin” proqramına çıxan Oksana hamiləliyi barədə açıqlamalar verib.

Məlum olub ki, rəqqasə dünyaya gələn övladının adını Osman qoyub.

O söhbət zamanı bildirib ki, övladı nikahdan dünyaya gəlib:

"Heç bir süni mayalanmadan olan uşaq atasız olmur. Burada ata və ana iştirak edir. Bizdə isə elə bir qanun yoxdur ki, qadının uşağı atasız olsun. Mütləq nikah olmalıdır. Mən 16 ildir ana olmaq istəyirdim, lakin problemlər yaşayırdım.

Dünyada o həkim qalmayıb ki, onun yanına getməyim. Övladımın olması mənim üçün möcüzədir. Mənim övladım nikahdankənar deyil. Osmanın atası Elşad Xose deyil. Elə hərəkət etməmişəm ki, kiminsə qarşısında başım aşağı olsun. Sənətimlə bağlı təhqirlərinizi belə qəbul edərəm, amma mənim şəxsi həyatımı müzakirə etməyin”.

Qeyd edək ki, Oksana Rəsulova ötən ayın sonu ana olub.





 
AdRiver

XƏBƏR LENTİ