Okean balığı fantastik qiymətə satıldı
22:44 / 05.01.2019
3789
Yaponiya sahillərində tutulan 278 kiloluq tuna balığı Tokioda 333 milyon yapon yeninə satılıb.
Sfera.az xəbər verir ki, Amora əyalətində tutulan mavi üzgəcli balığın qiyməti ABŞ valyutası ilə 3 milyon dollar edir.
Keçirilən hərracda balığı suşi restoranlar şəbəkəsinə sahib Kiyoşi Kimura alıb. Bundan əvvəl tuna balığı üçün ödənilən ən yüksək məbləğ 154 milyon yen olub