İdman

“Odlar Yurdu” Avropa Kubokunda: Qız şahmatçılarımız yenə medal qazana biləcəkmi?

“Odlar Yurdu” Avropa Kubokunda: Qız şahmatçılarımız yenə medal qazana biləcəkmi?

Monteneqronun Ultsin şəhərində 10-16 noyabr tarixlərində 35-ci şahmat üzrə klublararası Avropa Kuboku yarışı keçiriləcək.

Sfera.az-ın oxu.aza istinadla  xəbərinə görə, kişilərin yarışında Avropanın 68 komandası çıxış edəcək.

İlk dəfə təsis olunmuş "Vüqar Həşimov” komandası məhz bu yarışda debütünü reallaşdıracaq. Komandamızın heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə iştirak edəcək.

 

Həmçinin, Rauf Məmmədovun rusiyalı həyat yoldaşı, 2015-ci ildə 20 yaşadək qızlar arasında dünya çempionu olmuş Nataliya Buksa da bu komandada – kişilərin yarışında çıxış edəcək. Yeddi turdan ibarət olan yarışda komandamız Avropa çempionatının reytinqinə görə 14-cü komandasıdır (2484 xal).

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov reytinqinə görə Avropanın bir nömrəli komandası olan Makedoniyanın "Alkaloid” klubu (2706) adından çıxış edəcək. O, birinci lövhədə oynayacaq. Nicat Abbasov 18-ci komanda olan Avstriyanın "Rayka Rapid” klubunda (2447) bir nömrəli şahmatçı qismində mübarizə aparacaq.

Qadın klubların yarışında isə 14 komanda yarışacaq. Yenə də SOCAR-ın sponsoru olduğu "Odlar Yurdu” komandası ölkəmizi təmsil edəcək. Komandamız 2383 xalla reytinqinə görə altıncıdır. Heyətdə Avropa üçüncüsü olan şahmatçılarımızdan Türkan Məmmədyarovanı onun böyük bacısı Zeynəb əvəzləyəcək. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədova yenə iş başında olacaq.

Qeyd edək ki, yeddi turdan ibarət olacaq yarışın baş katiblərindən biri İlahə Qədimovadır.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930