Dünya

Odessada oteldə baş verən yanğında 8 nəfər ölüb

Odessada oteldə baş verən yanğında 8 nəfər ölüb
Ukraynanın Odessa şəhərində "Tokyo Star” otelində baş verən yanğında səkkiz nəfər ölüb.
Report RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
"Yanğında səkkiz nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb. Onlardan yeddisi Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən xilas edilib”, deyə məlumatda bildirilir.
Yanğın avqustun 16-dan 17-nə keçən gecə baş verib. İkinci mərtəbədən başlayan yanğın 1000 kvadrat metr sahəni əhatə edib.
Yanğının söndürülməsi üçün 65 xilasedici və 13 texnika cəlb olunub. Yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30