Dünya

Obamadan etiraf: "Qulaqlarımı kiçik göstərməsi üçün..."

Obamadan etiraf:
Keçmiş ABŞ prezidenti Barak Obama maraqlı etirafla gündəmə gəlib.
 

Sfera.az xəbər verir ki, ABŞ prezidentlerinin portretlərindən ibarət açıq sərgi keçirilib. Həmin sərgidə Obama və həyat yoldaşı Mişel Obama da iştirak edib.
Obamaların portretləri Vaşinqtonun Milli Portret Qalereyasında nümayiş etdirilib.
 
Barak Obama tədbirdə zarafatları ilə yadda qalıb. "Rəssamdan mənim qulaqlarımı daha kiçik göstərməsini və saçlarımdakı ağları əks etdirməməsini xahiş etdim. Ancaq o, reallıqdan yana oldu", deyən Obama hər kəsi güldürüb.

XƏBƏR LENTİ