“O yaramaz abidə götürülməlidir” – Razi Nurullayev
15:02 / 16.09.2021
769
Ermənilər
Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi
xatirə" adlı abidə ucaldıblar.
Sfera.az
bildirir ki, bu barədə deputat Razi Nurullayev məlumat verib. Millət vəkili
Samarada yaşayan azərbaycanlıların, diaspora təşkilatlarının buna etiraz
etdiyini qeyd edib:
"Məsələ
ilə bağlı göndərilən məktuba gələn rəsmi cavab isə budur ki, şəxsi adam qoyub və
dövlətin ona qarışmağa ixtiyarı yoxdur. Əgər belədirsə, biz də Bakının mərkəzində
Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və
Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara
abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib.
Rusiyaya səslənirəm ki, bu xoşunuza gələr?”.
Günay
Rəsulqızı