“O videonu göstərdilər, baxa bilmədim...” - Zamiq

“O videonu göstərdilər, baxa bilmədim...” - Zamiq
"Elə insanlar görürük ki...  Onları hər biri qəlbimizdə iz buraxıb. İnsanları yaxşı tanımağa başlamışıq. Efirdə danışırlar, həyatına çevirilib baxırsan, görüsən ki, həmin insan don geyinib. Mən onların üzünə gülə bilmirəm. İndi məcburam ki, az efirlərdə görünüm, öz dostlarımla vaxt keçirim". 

 
Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov 106.3 FM-də yayımlanan "Mən DJ olsaydım" porqramına qonaq olarkən deyib.  Sənətçi canlı efirdə qeyd edib ki, artıq dostlarını özü seçir, pis insanlardan uzaq qalmağa çalışır:

"Müəyyən vaxtdan sonra baxırsan ki, işin var, uğur qazanmısan. Bu iş sənin dolanmağına imkan verir. Əvvələr sənətə başlayanda kimlərdənsə işin keçirdi deyə onlarla otururduq, məcbur olub pis sözlər eşidirdik. Amma indi isə ətrafını özün seçirsən.  Yaxşı insanlara isə pis davrananlar var. Onlara cavab vermək lazım deyil, yoxsa özlərini bir şey sayarlar. Anlasınlar ki, dəyərsiz insanlardır". 

Zamiq dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosundan da söhbət açıb: "Bu nə deməkdir? Soyqrım günü hər kəs paylaşdı, müzakirə etdi. O videonu mənə göstərdirlər, baxa bilmədim. Həmin qızları valideynləri, qohum-əqrəbalarını gözümün qarşısına gəldi. Onları niyə bədbəxt edirsiz? Bir anlıq özünü onların yerinə qoyursan.

Çox təəssüf. Səhifələri işlədən insanlar daxillərini ortaya qoyurlar. Mən baxa bilmədiyim şeyi onlar paylaşırlar.  Allah cəzalarını verəcək. Gəlin, bu cür səhifələri "blok"a ataq. Hər kəs birləşib belə addım atsın. İnstaqramın yaxşı tərəfləri var, amma lazımsız müğənniləri, insanları da ortaya çıxardı". 


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...