“O sahibkarların zərərini kim ödəməlidir?”

“O sahibkarların zərərini kim ödəməlidir?”
"Son zamanlar baş verən yanğınlarda diqqət çəkən məqam daha çox  peşəkarlıq və tətbiq olunan texnologiyalarla bağlı olur. Bu gün 1000-dək mağazası olan "Diqlas" Ticarət Mərkəzində baş verən yanğında da görünən odur ki,  əsasən ənənəvi yanğınsöndürmə texnologiyalarından istifadə olunurdu. Videolardan görsənir ki, bəzi hallarda hətta mağaza sahibləri özləri də yanğın söndürmə prosesində aktiv iştirak edirlər".

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yayıb.Onun sözlərinə görə, dünyada artıq bu tip ərazilərdə və obyektlərdə  baş verən yanğınları söndürmək üçün bir xeyli yeni, innovativ üsullardan və texnologiyalardan istifadə olunur: 

"İctimai ərazilərdə yerləşən, qeyri-yaşayış sahəsində, ticarət obyektlərində nə üçün avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmasın? Böyük obyektlərdə nə üçün buna cavabdeh şəxslər olmasın ?
 Yəqin ki, buradakı mağaza sahibləri icarə üçün, müxtəlif xidmətlər üçün  xeyli vəsaitlər ödəyirdilər. Bunun qarşılığında onlara hansı ximətlər təklif olunurdu? İndi onların zərərini kim ödəməlidir? 
Fikrimcə, hökumət zərər çəkmiş sahibkarları müdafiə etməlidir. Sığorta məsələsi sərtləşdirilməlidir.

Əgər əlçatan bir ərazidə, yanğınsöndürən maşınların və digər resursların,  yanğınsöndürənlərin olduğu halda,  uzun müddət  yanğını söndürmək, əmlakları xilas etmək mümkün deyilsə demək ümumiyyətlə yanğından mühafizə sistemi, yanğın təhlükəsizliyinin dayanıqlığı və effektivliyi, tətbiq olunan texnologiyalar yetərli deyil. 

Yanğından çəkilən video və fotolara baxanda elə qabaqcadan da hesablamaq olardı ki , mövcud resurslarla   yalnız kənara yayılmanın qarşısını almaq mümkün olacaq. Odur ki, bu məsələlərə yenidən baxılması doğru olardı.

Yeri gəlmişkən, maraqlıdır ki, FHN nə üçün başqa ölkələrdə olduğu kimi   könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir ? Hansı ki, bunlar qanunvericilikdə də nəzərdə tutulub.
Əlbəttə,  yanğın təhlükəsizliyi ilə əlaqəli FHN tərəfindən müəyyən işlərin görüldüyünü müşahidə edirik,  biz yanğınsöndürənlərin öz həyatlarını riskə atdıqlarının fərqindəyik, onların fədakarlığını yüksək qiymətləndirirk.

Bununla belə düşünürəm ki, FHN  yeni, innovativ yanğınsöndürmə texnikası, yanğınsöndürən və yanğından qoruyan yeni maddələr əldə etməlidir. Yeni yanaşmalar olmalıdır, FHN  Könüllü dəstələrin yaradılmasını  stimullaşdırmalı və onlara təlimlər keçməlidir, ictimai əhəmiyyətli yerlərdə daha effektiv yanğından mühafizə və yanğısöndürmə sistemlərindən istifadə edilməlidir".

OXŞAR XƏBƏRLƏR

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...