\"O intihar etməyib, onu öldürüblər\"

\
"İrşad” Telekomun ötən il gənc yaşında dünyasını dəyişən təsisçisi və rəhbəri İrad Hacıyevin ölümü işi ilə bağlı qəbul edilən qərar ailənin narahatlığına səbəb olub.

İ.Hacıyevin yaxın qohumu Mətanət Əzizova onun ölümünün intihar kimi qiymətləndirilməsinə etiraz edib. Hacıyevin əmisi qızı bildirib ki, iş adamının ölümü yenidən araşdırılmalıdır. O iddia edib ki, Hacıyevi öldürüblər:

"İrad Hacıyev əmim oğludur. "İrşad” Telekomun təsisçisi və rəhbəri idi. Ayrı uğurlu biznesləri də var idi. Son vaxtlar anasının sağlamlığı ilə məşğul idi.

Ümumiyyətlə anasına çox bağlı idi. Ölüm günündən 2 gün sonra anasını İsrailə növbəti müayinəyə aparacaqdı. Biletləri də əlində idi. Şəxsi həyatı isə şəxsi həyatdır, öz sevincləri və kədərləri ilə.

Və birdən bu insan həyatdan yox oldu, 4 ay əvvəl müəmmalı şəkildə rəhmətə getdi. KİV-lər müxtəlif versiyalar yazdı, istintaq getdiyi üçün qohumlar susdu ki, nəyəsə mane olmayaq. Ancaq gərək susmazdıq.

Çünki İrad Hacıyev intihar etməyib, İrad Hacıyevi öldürüblər və maraqlı şəxslər bunu ört-basdır etməyə çalışır”.

M.Əzizova bildirib ki, İradın ölümü araşdırılan zaman evdən heç bir əl izi götürülməyib:

"İradın meyitini evdə tapırlar, ancaq evdə heç bir istintaq addımları atılmır, hadisə yerindən əl izləri götürmür, yaxın qohumların ifadəsi dinlənilmir, hətta yaxın qohumların onlara təqdim etdiyi versiyalar araşdırılmır.

Rəsmi sənəddə İradın ölüm səbəbi kimi intihar yazılıb. Kimlərsə maraqlı idi onun ölümündə. İradın biznesi və pulları kimə maraqlı idisə, onlar da onu öldürüb”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun 14 sentyabr tarixindəı yaşadığı evdə meyiti aşkar edilib. Onun intihar etdiyi rəsmən açıqlanıb.Axar

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...