O anlatdı ki, ermənilər gec-tez Qarabağdan gedəcəklər - FOTO

O anlatdı ki, ermənilər gec-tez Qarabağdan gedəcəklər -  FOTO

"İgid ölər, adı qalar" deyib ulularımız. Torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğal edilməsi 

Mübarizi bir an belə rahat buraxmırdı. Özünə belə bir sualla tez-tez müraciət edirdi: "Axı necə oldu ki,

 sayca bizdən qat-qat az, gücsüz bir millət gəlib cənnətməkan Qarabağımızı zəbt etdi?" Hələ uşaqlığından

 eşitdiyi "erməni qan görüb" deyimi də yadına düşəndə nifrəti içində vulkan kimi püskürürdü. Odur ki,

 ordu sıralarından qayıdandan az sonra yenidən sərhəd bölgəsində yerləşən hərbi hissələrin birində

 xidmətini davam etdirmək üçün ərizə ilə müraciət etdi.

Pəhləvan cüssəsini görub arzusunu dərhal nəzərə aldılar. "N" saylı hərbi hissədə gizir kimi xidmətə

 başladı. İş gününün sonunda axşam yatağına uzanarkən düşməndən qisas almaq düşüncəsi qəlbinə,

 ağlına hakim kəsilirdi. Erməni silahlılarının burnunu ovmaq, onları cəzalandırmaq haqqında fikirləşir, 

yollar arayırdı. Bu barədə ata-anasına yazdığı məktublarda da işarə vururdu. Göstərmişdi ki, mən ölsəm, 

ağlayıb-sızlamayın, Vətən, torpaq yolunda ölmək şərəfdir. Mübariz qarşısına qoyduğu məqsədə çatdı. 

Bir axşam düşmən əsgərlərinin səngərinə atıldı. Çoxlu sayda erməni əsgərini qanına qəltan etdi. Lakin 

əks tərəfin bir gülləsi də onun sinəsinə dəydi və Mübariz İbrahimov şəhid oldu.

Mübariz düşmən gülləsinə tuş gələcəyini, gördüyü işin aqibətini anlayırdı. Amma onu bu hərəkətə sövq 

edən ölüm qarşısında belə təslim olmayan vətən məhəbbəti idi. O, düşmənə sübut etmək istəyirdi ki,

 Azərbaycan oğulları Vətənin bir qarışını da düşmənə güzəşt etməyəcəklər. O sübut etdi ki, xalqımız

 düşmənə layiqli cavab verməyə hazırdır. O göstərdi ki, işğalçı ordu vətənpərvər Azərbaycan ordusundan 

gücsüzdür və xalqımız son sözünü hələ deməyib. O anlatdı ki, ermənilər gec-tez Qarabağdan gedəcəklər.

M.İbrahimovun bu şücaəti ildırım sürəti ilə hər tərəfə yayıldı. Dövlət başçısı  İlham Əliyev 2010-cu il

 iyulun 22-də Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam

 imzaladı. Sərəncamda Mübariz İbrahimovun böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərindəki küçələrdən

 və təhsil ocaqlarından birinə adının verilməsi də qərara alınmışdı. Qısa zaman ərzində bu qərarlar 

reallaşdı. Ən böyük küçələrdən birinə və Biləsuvar Lisey-Məktəb Kompleksinə qəhrəmanın adı verildi.

Qeyd edək ki, həmin lisey respublikamızda mövcud olan ən qabaqcıl təhsil ocaqlarından biridir. 

3 buraxılış üzrə məktəbi 88 məzun bitirib və onların hamısı yüksək  balla ali məktəblərin ödənişsiz 

fakültələrinə qəbul olunub. Aralarında Prezident təqaüdünə layiq görülənlər də var. 7-11-ci sinif 

şagirdlərinin təhsil aldığı liseydə qəbul TQDK tərəfindən aparılır, burada seçilmiş şagirdlər müəllimlərdən

 dərs alırlar. Müəllimlər arasında "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri var. Təhsil  uğurları  ilə 

 diqqəti  çəkən  Lisey-Məktəb Kompleksini fərqləndirən əsas cəhətlərdən biri də burada Mübariz İbrahimovun qəhrəmanlıq ruhunun yaşadılması, onun hərbi rəşadətinin, igidliyinin hər an göz önündə tutulmasıdır.

 Məktəb binasının qarşısında qəhrəmanın mərmərdən yonulmuş əzəmətli heykəli  sanki gənc döyüşçünün

 qartal kimi düşmən üzərinə şığıdığı anı canlandırır. Məktəbin içərisində igid döyüşçüyə aid olan foto-guşə

 şagirdlərə Mübariz ruhunu aşılayır. Burada təhsil alan yeniyetmə və gənclər bu ruhu ömür boyu yaşadacaq

 Vətən övladları kimi böyüyür, Vətənin çağırışına hər an hazır olduqlarını düşünürlər.

Biləsuvar şəhərindəki M. İbrahimovun adını daşıyan küçənin sakinləri burada yaşamaqla qürur duyurlar. 

Bu ünvana indi dünyanın müxtəlif ünvanlarından məktublar gəlir. Təkcə bu küçənin sakinləri deyil, bütün 

biləsuvarlı gənclər həmyerliləri ilə fəxr edirlər. Hara gedirsənsə qəhrəmanın fotoşəkilləri ilə qarşılaşırsan. 

Təhsil ocaqlarının hamısında M.İbrahimovun guşəsi yaradılmışdır. Bir çox sürücülər də maşınlarının 

şüşələrinə onun şəklini vurmuşlar. Əsaslı şəkildə yenidən qurulmuş M. İbrahimov küşəsi Biləsuvar

 şəhərinə xüsusi görkəm, yaraşıq verir. Küçənin sakini Cəmil Abbasov dedi:

- Mən bir biləsuvarlı kimi Mübariz İbrahimovla fəxr edirəm. Hər gün bu küçə ilə işə gedir, evə qayıdıram. 

Müəlliməm. İşimlə əlaqədar hər gün yeniyetmələr, gənclər arasında oluram. Bütün şagirdlər Mübarizə 

bənzəməyə çalışır, elə-obaya layiq övlad olmağa səy göstərir, qəhrəmanın yarımçıq qalmış arzularını 

davam etdirmək istəyir.

Milli Qəhrəman Mübariz İbrahimov 1988-ci il fevral ayının 7-də Biləsuvarın Əliabad kəndində nəcib bir 

seyid kimi tanınan Ağakərim kişinin müqəddəs ailəsində dünyaya göz açıb. 2010-cu ilin 18 iyununda 22

 yaşında şəhid olub. Doğum və anım günü hər il Biləsuvar ictimaiyyəti tərəfindən hüzn qarışıq bir təntənə

 ilə qeyd olunur. Yaşasaydı, 7 fevralda 28 yaşı tamam olacaqdı. Bu münasibətlə Biləsuvar rayonunun təhsil ocaqlarında, idarə və təşkilatlarda tədbirlər keçirilir.


OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...