Növbəti iki gündə havanın temperaturu...

Növbəti iki gündə havanın temperaturu...
 Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: "Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23-dərəcəyədək artacağı gözlənilir”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR