Növbəti dərs ilinin müddəti və tətillərin vaxtı açıqlandı

Növbəti dərs ilinin müddəti və tətillərin vaxtı açıqlandı

Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.


Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib. 


Sfera.az xəbər verir ki, əmrə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq ediləcək. 


Buraya ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları daxildir.


Yeni təsdiq edilən tədris planlarına əsasən, növbəti tədris ili ərzində dərs məşğələlərinin vaxtı açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır. Dərs ili iki yarım ilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar tarixləri, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərində müəyyələşib.


Dərs ili ərzində tətillər də müəyyən edilib. Belə ki, 5 gün payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvar, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...