İdman

Növbəti Avropa Oyunları Belarusda keçiriləcək

Növbəti Avropa Oyunları Belarusda keçiriləcək
 
Növbəti Avropa oyunlarına ev sahibliyi edəcək ölkənin adı məlum olub.
 
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, 2019-cu ildə keçiriləcək İkinci Avropa oyunlarının Belarusiyanın paytaxtı Minsk şəhərində baş tutması nəzərdə tutulub.
 
Belarusiya Olimpiya Komitəsinin vitse-prezidenti Maxim Ryzgenkov deyib ki, avropalı tərəfdaşları da Belarusiyada keçiriləcək İkinci Avropa Oyunları ilə çox maraqlanırlar: " Burda əsas məsələ büdcədir. İkinci Avropa Oyunları yüksək məbləğlər, əhəmiyyətli investisiya tələb edir. Bu işə diqqətlə yanaşmaq və hər şeyi düzgün ölçmək lazımdır". 
 
Vitse-prezident əlavə edib ki, 2019-cu ildə baş tutacaq ikinci Avropa Oyunları üçün ilk olaraq Amsterdamın ev sahibliyi edəcəyi gözlənilsə də, lazımi vəsait və daxili dəstək çatışmazlığı oldu.

AdRiver

XƏBƏR LENTİ