\"Növbədənkənar prezident seçkiləri keçirilməyəcək\"
12:45 / 18.10.2016
1843
Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib.
Sfera.az xəbər verir ki, prezident İlham Əliyev "Sputnik”ə müsahibəsində bildirib ki, hazırda Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır.
"Prezident seçkilərinin vaxtını dəyişdirmək niyyətimiz yoxdur. Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyindən xəbərdaram. Amma belə plan yoxdur, heç buna ehtiyac da görmürəm.
Mənim iştirak edib-etməyəcəyimə gəlincə, növbəti prezident seçkilərinə hələ iki il vaxt var. İndidən hansısa qərarlar qəbul edib, nəticələrə gəlmək tezdir. İki il sonra da indiki kimi xalqın dəstəyini hiss etsəm, təbii ki, onların ümidlərini doğrultmağa çalışacam”.