Növbədənkənar parlament seçkilərində proporsional sistem bərpa ediləcək? - RƏYLƏR

Növbədənkənar parlament seçkilərində proporsional sistem bərpa ediləcək? - RƏYLƏR


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət edib. Milli Məclisin sabahkı toplantısında məsələnin müzakirəyə çıxarılacağı və yekun qərarın veriləcəyi gözlənilir.

 

Yaranmış yeni sitiuasiyada növbədənkənar parlament seçkilərində proporsional seçki sisteminin bərpa oluna biləcəyi haqda da ehtimallar səslənir. Sfera.az belə bir ehtimalın reallaşa biləcəyi ilə bağlı sorğu keçirib.

 

Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğludüşünür ki, Keçmiş sovet respublikalarının hamısında, o cümlədən Azərbaycanda seçkilər mütləq mənada proporsional sistemin üstünlüyü şəraitində keçirilməlidir:


"Ölkələrin demokratiyaya keçidində seçki sisteminin necə olması mühüm əhəmiyyət kəsb edir. Yalnız yüksək inkişaf etmiş demokratik sistemlərdə majioritar sistem həyata keçirilir. Yerdə qalan ölkələrin mütləq əksəriyyəti ya proporsional, yaxud da qarışıq sistemdən istifadə edir. Keçmiş sovet respublikalarının demokratik cəmiyyət yaratmalarına hələ uzun illər vaxt lazımdır. Bu baxımdan keçmiş sovet respublikalarının hamısında seçkilər mütləq mənada proporsional sistemin üstünlüyü şəraitində keçirilməlidir. Çünki çoxpartiyalı sistem tam inkişaf etmədiyindən, cəmiyyət tam siyasiləşmədən vətəndaşların majioritar sistemdə öz iradələrini ifadə etməsi əslində ümummilli iradəni ortaya çıxarmır”.


Partiya sədri dedi ki, proporsional sistem partiyaların inkişafına stimul yaradır: "Proporsional sistem şəraitində çoxpartiyalı siyasi sistem təşəkkül tapacaq və vətəndaşların şüur səviyyəsinə uyğun olaraq parlamentdə təmsil olunacaqlar. Proporsional seçki sistemi hər hansl ideoloji yönümlü dağınıq siyasi qüvvələri bir araya gətirən ən əlverişli və mütərəqqi üsullardandır”.

 

"Proporsional sistem olmadan azad siyasi rəqabət mühitinin yaradılması mümkünsüzdür”. Bu sözləri isə sfera.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib:"Proporsional seçki sisteminin bərpası Azərbaycan müxalifətinin irəli sürdüyü əsas tələblərdən biridir. Daha çox siyasi qüvvələr yarıbayarı olmaqla qarışıq sistemin tətbiqinin tərəfdarıdır. Proporsional sistem olmadan demokratiyanın əsas subyekti olan siyasi partiyaların inkişafı, azad siyasi rəqabət mühitinin yaradılması mümkün deyil. Bu səbəbdən müxalifətin seçki islahatları məsələsində irəli sürdüyü ən mühüm tələb məhz budur”.


ReAl Partiyasının icra katibi Natiq Cəfərli də düşünür ki, Azərbaycanda proporsional seçki sisteminin bərpası mümkün və labüddür: "Çünki normal siyasi partiyaların formalaşması, normal siyasi diskussiyaların, partiyalararası münasibətlərin bərqərar olması üçün proporsional sistemin bərpası mütləqdir. İlkin mərhələdə sistemə keçidin daha rahat baş verməsi üçün qarışıq sistem də ola bilər. Həmin sistemin bərpası ölkədə siyasi partiyaların çəkisilə bağlı ümumi fikrin yaranmasına da gətirib çıxara bilər.”


AMİP funksioneri Əli Orucov isə yaxın zamanlarda belə bir ideyanın reallaşacağını düşünmür: "Proporsional seçki sisteminin müsbət tərəfləri çoxdur. Bu addımın atılması partiya daxili rəqabətə və partiyaların inkişafına təkan verə bilər. Bu istiqamətdə təkliflər də vermişik. Amma yaxın zaman ərzində Azərbaycan hakimiyyətinin proporsional sistemin bərpasına gedəcəyini zənn etmirəm”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...