Nuşirəvan Məhərrəmli: “Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb\"

Nuşirəvan Məhərrəmli:  “Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb\
 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəsmi "Facebook" və "Twitter" səhifələri fəaliyyətə başlayıb.

Sfera.az xəbər verir ki, bununla bağlı APA-ya açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu səhifələr zərurətdən yaradılıb: "Rəsmi sosial hesabımızın yaradılması sosial media ilə işləmək zərurətindən yaranıb. Biz də bu səbəbdən belə addım atdıq. Hesab edirəm ki, bunun ancaq xeyri ola bilər".

Televiziyalarla bağlı problemlərə münasibət bildirən N.Məhərrəmli bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada var: "Bu problemləri qanunvericiliyin bizə verdiyi sərhədlər çərçivəsində həll etməyə çalışırıq. Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb, əvvəlki tendensiya yoxdur. Bildiyiniz kimi, Azərbaycanda tamaşaçılar, əhali üçün seçim imkanları genişdir. Azərbaycanda həm dövlət, həm də özəl televiziyalar fəaliyyət göstərir. Bəzi kanallarımız var ki, bu kanallarda əhalini narahat edən şou ilə bağlı verilişlər yoxdur. Yəni, insanlarımız rahat şəkildə o kanallara baxa bilərlər. Amma şou xarakterli verilişlərə baxmaq istəyən təbəqə üçün də özəl kanallar var".


OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...