Nüşabə Ələsgərli erməni fanatından danışdı: \"Onu öpdüm, qucaqladım, dedim Azərbaycana gəl\" VİDEO

Nüşabə Ələsgərli erməni fanatından danışdı: \
"5-də 5” verlişinin bugünki efirində maraqlı anlar yaşanıb.

Sfera.az xəbər verir ki, proqramın qonaqlarından biri tanınmış müğənni Nüşabə Ələsgərli olub. O, xarici ölkələrdən birində konsert proqramı ilə çıxış edərkən yaşadığı bir hadisə haqda danışıb.

"Konsertdə çıxış edirdim. Çoxlu tamaşaçılar var idi. Birdən bir ağbirçək qadın səhnəyə gəldi, məni qucaqlayıb öpdü. Mən də onunla qucaqlaşdım. Konsertdən çıxanda gördüm ki, gül dəstəsi ilə məni gözləyir. Onu Azərbaycana dəvət etdim. Amma o gələ bilməyəcəyini bildirdi. Səbəbini soruşduqda isə "Mən Gəncə ermənisiyəm, gələ bilmərəm” dedi”, -deyə müğənni başına gələnlərdən danışıb.

Sfera.az sözügedən efirdən görüntüləri təqdim edir:

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR