Nüfuzlu ziyalılardan Prezidentə müraciət: Xahiş edirik...

Nüfuzlu ziyalılardan Prezidentə müraciət: Xahiş edirik...

Cənab Prezident, biz cəmiyyətın yaxşı tanıdığı bır jurnalıstın taleyindən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edirik.

Bu barədə Azərbaycanın tanınmış ictimai xadimlərinin həbsdə olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı Prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

Müraciəti Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, "Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıb.

"Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, sizdən artıq dərəcədə xahiş edirik ki, Turan İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz. Bu şəxsin ölkə mətbuatının inkişafında böyük xidmətləri var, o nüfuzlu jurnalist və media eksperti kimi dunyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb”, - sənəddə qeyd edilir.

İctimai xadimlər xatırladır ki, Turan agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb.

"Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz Turan agentliyi çatdırıb.Həmin faciə haqqında çəkilmiş "Sonsuz dəhlız” fılmındə Turanın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsinda dunyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb”.

Müraciətdə həmçinin qeyd edilir ki, Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünki ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib.(musavat)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hi...

Dini liderlər Bakıda və Şuşada bir araya GƏLƏCƏKLƏR

Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər.   Sfera.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxül...

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Məhkəmə "Abzas Media" işi üzrə həbs olunan Elnarə Qasımova barədə qərar verib.   Sfera.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hak...

Baş Prokurorluq: “Bu ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir”

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir. &...

Qida allergiyası nədir və hansı əlamətləri var? - AÇIQLAMA 

Son illərdə allergik xəstəliklərin sayı artmaqdadır. Bu hala uşaqlarda daha çox təsadüf edilir. Ətraf mühit amilləri ilə yanaşı qidalar da allergiyaya səbəb olu...

Bu maşınlar ucuz qiymətə SATIŞA ÇIXARILACAQ: 300 manatdan 15000 manatadək... - SİYAHI + QİYMƏTLƏR

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəqliyyat vasitələrinin və avadanlıqların hərrac yolu ilə satışını həyata keçirəcək....