Noyabrın 1-dək vaxt verildi

Noyabrın 1-dək vaxt verildi

Bakıda və Abşeron yarmadasında noyabrın 1-dən  analoq yayımın dayandırılması ilə əlaqədar olaraq televiziya kanalları əhalini sosial çarxlar vasitəsilə məlumatlandırır.

Sfera.az Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov "Report"a bildirib ki, televiziya kanallarında əhalinin analoq yayımın dayandırılacağı ilə bağlı məlumatlandırılması məqsədini daşıyan çarxların yayımı MTRŞ-nın tövsiyəsi ilə həyata keçirilir. 
Onun sözlərinə görə, əhali tərəfindən MTRŞ-yə bu məsələ ilə bağlı hər hansı müraciət olmayıb.
Ümumiyyətlə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq, bu il noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların) əldə olunması xahiş olunub.


OXŞAR XƏBƏRLƏR