Novruz süfrəsi neçəyə başa gələcək?

Novruz süfrəsi neçəyə başa gələcək?

Azərbaycanlıların milli bayramı hesab olunan Novruz bayramının başlamasına bir həftədən də az bir vaxt qalıb.

Buna görə də, artıq insanlar bayram ab-havası içindədirlər. Hazırkı iqtisadi vəziyyət insanların alıcılıq qabiliyyətinə təsir etməsinə baxmayaraq, azərbaycanlılar bu bayramı əvvəlki illərdə olduğu kimi bol süfrə ilə qarşılamağa iddialıdırlar.

Oxu.Az-ın əməkdaşının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda apardığı müşahidələr bunu deməyə əsas verir.

Əməkdaşımız bayramın başlamasına az bir vaxt qaldığını nəzərə alaraq, bayram süfrəsinin bir ailəyə neçəyə başa gələ biləcəyini, yarmarkalarda təklif olunan ərzaqların qiymətini və s. araşdırıb.

Məhsulun adı

Miqdarı

Qiyməti

Mal əti

1 kq

5 man

Quzu əti

1 kq

8 man

Dana

1 kq

7 man

Quş əti

1 kq

3 man 50 qəpik

Kütüm

1 kq

9 man

Sazan

1 kq

5 man

Qoz ləpəsi

1 kq

12 man

 

 

Yarmarkadan kənarda yerləşən bazarda isə dana əti 7-9 manata təklif olunurdu.

Müşahidələrimiz göstərir ki, yarmarkada ucuz təklif olunan əsasən meyvə-tərəvəz məhsulları idi. Digər məhsulların qiyməti isə bazarda təklif olunandan cüzi fərqlənirdi. Məsələn, qoz, fındıq ləpəsi əksinə bazarda daha ucuz satılırdı.

Qoz

1 kq

5 man

Alma-armud qurusu

1 kq

7 man

Fındıq ləpəsi (Xaçmaz)

1 kq

10 man

Fındıq ləpəsi (Qəbələ)

1 kq

11 man

Kişmiş sarı

1 kq

6 man

Kişmiş qara

1 kq

9 man

Xurma qurusu

1 kq

5 man

İydə

1 kq

6 man

Nəzərə alsaq ki, iqtisadi böhran hər bir azərbaycanlı ailəsinin cibinə təsir edib, onlar bu bayramda daha qənətli olmağa üstünlük veriblər.

Alma

1 kq

1 man

Üzüm

1 kq

 1 man

Kartof

1 kq

60

Soğan

1 kq

70

Kök

1 kq

30-40 qəp

Pomidor

1 kq

1 man 30 qəp

Xiyar

1 kq

1 man 30 qəpik

Yumurta

1 ədəd

13 qəpik

Qatıq böyük balonda 3 man, 2 man 50 qəpiyə isə təklif olunur.

Göyərti, bütün növləri

 7 dənəsi

1 man

Səməni

 

1, 1, 50 - 2 man

Bundan başqa, Oxu.Az-ın əməkdaşı 28 Mayda yerləşən "Təzə bazar” adalanan bazarda da olub, ordakı qiymətlər və insanların alıcılıq qabilliyyətinin hansı səviyyədə olması ilə maraqlanıb.

Diqqətimizi cəlb edən əsas məqam o oldu ki, bu gün yarmarkada müşahidə olunan insanların çoxluğuna rəğmən, demək olar ki, "Təzə bazar” da alıcı gözə dəymirdi.

Satıcılar isə alverin olmamasından, bəzi məhsulları daha baha təklif etməyə məcbur olduqlarını və Bakı sakinlərinin daha çox şəhərin mərkəzində yerləşən supermarketlərdən alış-veriş etdiklərini deyiblər.

Pomidor

1 kq

2 man, 2 man 50 qəp

Xiyar

1 kq

2 man

İran kartofu

1 kq

60 qəp

Tovuz kartofu

1 kq

1 man

Soğan

1 kq

60 qəp

Hətta, satıcılar iddia edirdi ki, belə getsə, imkanı zəif olan vətəndaşlarımız bayramı qeyd etməyəcəklər. Satıcılardan biri əməkdaşımıza bildirib ki, əsasən günortaya qədər alıcıların sayı kifayət qədər olurdu.

"Bu gün isə görürsüz, saat artıq 12-yə işləyib, amma alıcı yoxdur”, - deyə bazar satıcılarından Rüstəm dayı qeyd edib.

Fındıq

1 kq

12 man

Qoz

1 kq

11-20 manatadək

İydə

1 kq

6 man

Hər nə qədər satıcıların bu iddialarına qulaq assaq və bazardakı mənzərə ilə tanış olsaq da, ilk olaraq bayramın əsas atributlarından biri hesab olunan səməninin qiyməti ilə maraqlanmaqla, bazarı gəzməyə başladıq.

Bu bazarda təklif olunan səmənilər böyüklüyünə və müxtəlif formada olduqlarına görə yarmarkadakıdan fərqlənirdi. Belə ki, satıcı Aqilin bildirdiyinə görə, alıcılar əsasən 1 manatlıq səməni almağa üstünlük verirlər.

"Ən ucuz səməni 50 qəpikdir, amma onu alıcılar bayram süfrəsinə deyil, qəbir üstlərinə qoymaq üçün alırlar”, - deyə Aqil əməkdaşımıza deyib.

Bazarda, həmçinin 5, 8, 10, 20 manata təklif olunan səmənilərə belə rast gəlmək olardı. Bu səmənilər isə qeyd etdiyimiz kimi ölçüsünə görə digərlərindən fərqlənirdi.

Məsələn, buta deyilən səməni 10 manata satılır. Daha balacaları isə 8 manata, gəmi deyilən səməni isə 2 manata təklif olunur.

Qeyd edək ki, yarmarkada şamın bir bağlaması 30 qəpik, 3 bağlaması isə 1 manat idi.
Bazarda cəmi bir alıcı gözümüzə sataşdı. Ona isə qiymətlərdən razı olub-olmaması ilə bağlı sual ünvanladıq.

Elə alıcı sualımıza ironiya ilə cavab verərək bildirdi ki, "Nə görmüşəm, nə eşitmişəm”. Sonra bazarda başqa alıcı tapmaq istəsək də, bu istəyimiz sözün əsil mənasında, müşkülə döndü.

Daha sonra, bazardakı müşahidələrimiz davam etdirməyə başladıq.

Göyərtinin demək olar ki, bütün növlərinin bir dəstəsi 20 qəpik, tərxun isə 1 manat satılırdı.

Balıqlar növlərindən asılı olaraq 10-15-20 manat idi.

Ən ucuz təklif olunan isə ilanbalığı idi - 1 dənəsi 1 manat.

Satıcının dediyinə görə, alıcılar ən çox kütüm balığı alırlar.

"Kütümün kiloqramı isə 10 manatdır”, - deyə satıcı deyib.

Portağal kiloqramı 1 manat 80 qəpik idi.

Satıcı bildirib ki, əvvəl onu 1 manat 50 qəpiyə satırdı, indi isə daha baha aldığından qiyməti qaldırmağa məcbur olub. 

Alıcılardan bir neçəsi Oxu.Az-a bildirib ki, bu il bayram süfrəsi üçün daha az vəsait xərcləyəcəklər.

"Bayram süfrəsini açmaq mənə təxminən 150 manata başa gələcək”, - deyə alıcı Sərxan dayı deyib.

Ümumiyyətlə, bazar və yarmarkalardakı vəziyyət ilə tanışlığımız və qiymətlər ilə bağlı monitorinqlərimiz göstərir ki, təxminən 200 manata Novruz süfrəsini təşkil etmək olar.

Təbii ki, bu qiymətə Novruzun əsas simvollarından olan təbii şirələri, şirniyyatı, salatları və s. əlavə etsək, qiymət daha da qalxa bilər.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...