Təhsİl

Novruz Məmmədov müəllimlərin dərs yükü haqda qərarı imzaladı

Novruz Məmmədov müəllimlərin dərs yükü haqda qərarı imzaladı
 

Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarında dəyişiklik edilib.

Sfera.az bildirir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarda adından və 1-ci hissəsinin birinci abzasından (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və 2 bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) sözləri çıxarılıb.

Həmçinin 1-ci hissənin üçüncü abzasında göstərilib ki, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü - 18 saat olmalıdır.

Bildirilib ki, bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır.

Eyni zamanda, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat olmalıdır.

Bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);”.

Bu Qərar 2019-cu il sentyabrın 15-dən qüvvəyə minir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamının 2.4-cü bəndinə əsaslanır.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930