Novruz Məmmədov ədalətsiz qərardan DANIŞDI
11:22 / 04.11.2019
1469
"ABŞ Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməsi qərəzli və ədalətsizdir".
Bu fikirləri açıqlamasında sabiq Baş nazir, politoloq Novruz Məmmədov bildirib.
"Son vaxtlar ABŞ-dan Türkiyəyə qarşı xüsusi bir mövqe formalaşıb və onu müəyyən formada konqresdə nümayiş etdirdilər. Əlbəttə, bu ədalətsiz qərardır və düzgün mövqe deyil. Bu mövqe illərdir ki, gündəlikdə var idi. Müəyyən o qərəzləri və mənfi münasibəti göstərmək üçün konqresdə yığışıb belə münasibət bildirdilər. Türkiyənin özü də bu ədalətsiz qərara öz reaksiyasını açıq şəkildə söyləyib".