Nəsimi rayonunda imkansız ailələrə bayram sovqatı paylanılıb

Nəsimi rayonunda imkansız ailələrə bayram sovqatı paylanılıb
 
Xalqımızın əziz bayramlarından  olan Novruz Bayramının
Respublikamızın hər bir rayonunda olduğu kimi paytaxtımızın Nəsimi
rayonunda da geniş şəkildə qeyd olunması ilə əlaqədar RİH tərəfindən
müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata
keçirilir.
Bayram ərəfəsində rayonda başlanılmış geniş abadlıq  və quruculuq
işləri davam etdirilir, tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil,
veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə qayğı diqqət
mərkəzində saxlanılır. Bu qəbildən olan ailələrə Nəsimi rayon İcra
Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, xüsusilə də
ənənəvi olaraq  belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş
adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə
 zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunur.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin bayram ərəfəsində
cəbhə bölgələrində olaraq xidmət edən əsgərlərimizi bayram münasibəti ilə
təbrik etmələri Nəsimi rayonunda ənənə halını almışdır.
Novruz bayramı tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətində
 Qarabağ əlilləri,  veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran
Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai
Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər,  Çernobıl əlilləri, 20 Yanvar
cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo»
cəmiyyətinin rayon şöbələrinin üzvlərinə ərzaq payları verilmişdir.  
Novruz bayramı münasibətilə ümumilikdə 3000-dən artıq ailəyə bayram
sovqatları paylanılmış, yataq xəstələrinin bayram payları isə evlərinə
çatdırılmışdır.

OXŞAR XƏBƏRLƏR