\"Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər\" - Ramin Bayramlı

\
 Ola bilsin ki, növbəti həftələrdə bayram günlərinə yaxın həftə sonları birləşdirlməklə 2-3 günlük qapanmalar tətbiq edilsin.
 

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 virusunun yayılmasının azaldılması üçün karantin qaydalarının müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Bununla əlaqədar həftənin sonunda Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilir.
R.Bayramlı qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumlar barədə müvafiq məlumatlar müəssisələrə göndərilib.

TƏBİB sədri əlavə edib ki, bu gün ölkədə COVİD-19-la bağlı 7047 test aparılıb, 262 yeni yoluxma faktı aşkarlanıb, iki nəfər dünyasını dəyişib. İndiyədək ümumilikdə 78 nəfər bu xəstəlikdən vəfat edib. Hazırda 2707 nəfər müalicəsini davam etdirir. Bu gün 100 nəfər xəstə reanimasiyada müalicə edilir, onların 21-i süni tənəffüs aparatına qoşulub.



OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...