Notr-Dam kilsəsi üçün 270 milyon avro yığıldı

Notr-Dam kilsəsi üçün 270 milyon avro yığıldı

Aprel ayında güclü yanğın baş vermiş Paris Notr-Dam kilsəsinin yenidən qurulması üçün Fransanın dörd fondu tərəfindən 270 milyon avroya yaxın ianə yığılıb. 

"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, vəsaitin toplanmasında 150-dən çox ölkədən yüz minlərlə donor iştirak edib. 

Xatırladaq ki, aprelin 15-də məlum kilsədə baş vermiş dağıdıcı yanğından sonra Fransa hökuməti bərpa işlərinin aparılması üçün vəsait yığımı kampaniyasına start verib.

Ekspertlərin qiymətləndirmələrinə görə, kilsənin bərpasına bir neçə yüz milyon avro tələb olunacaq.


OXŞAR XƏBƏRLƏR