Nostradamusun 2019-cu il üçün öncəgörmələri üzə çıxdı

Nostradamusun 2019-cu il üçün öncəgörmələri üzə çıxdı
Ölmədən əvvəl son gecəsində "Bu mənim son gecəmdir, məni tək qoyun, səhər artıq öləcəm” deyən kahin Nostradamusun 2019-cu il üçün öncəgörmələri üzə çıxıb.

Çernobil faciəsi, Hitler Almaniyası və 11 sentyabr hadisələri kimi bir çox vacib məsələni əvvəlcədən bildirən Nostradamusun gələcəyə aid öncəgörmələri diqqətlə izlənilir və tədqiq edilir.

Nostradamus XVI əsrdə 2019-cu ilin 3 dünya müharibəsi məsələsində kritik bir önəmə sahib olduğunu qeyd edib. İlk Fransada başlayacaq və dünyanın dörd bir tərəfinə yayılacaq olan müjaribə 2025-ci ilə qədər davam edəcək. 2025-ci ildə isə kiçik bir sülh şəraiti təmin ediləcək. Fransada baş verən terror hücumları bu öncəgörmənin olma ehtimalını artırır. Bundan başqa Nostradamusun kitabında Romanın süqut edəcəyi və dünyanın Dəccalın nəzarəti altına keçəcəyi də qeyd edilib.

Nostradamusa görə buzlar əriyəcək və bütün dünyanı su basacaq. Quraqlıq, aclim hakim olacaq. Əriyən sular başqa nöqtədə birləşəcək və bu da Dünyanın orbitini dəyişəcək və bir çox insan öləcək. Zəlzələlər bir-birinin ardınca gələcək. Qlobal istilər səbəbindən silahlı toqquşmalar baş verəcək, ozon təbəqəsi daha çox deşiləcək, yanğınlar və sellər şiddətlə artacaq. Okeanların diblərində baş verən vulkan püskürmələri də böyük sunamilərə səbəb olacaq.

2046-cı ilə qədər dünyada xaos və qeyri-sabitlik hökm sürəcək. Orta Şərqdə terror və ifratçılıq ən pik nöqtəsinə çatacaq. Alimlər insanların 200 il yaşamasını təmin edən yeni dərman kəşf edəcəklər. ABŞ-da çox şiddətli zəlzələ meydana gələcək.

Eramızın 79-cu ilində partlayaraq Pompey şəhərini xəritədən silən Vezuvi vulkanı yenə də partlayacaq. Nəticədə 5 dəqiqədən bir zəlzələ meydana gələcək. 6 min insan dünyasını dəyişəcək.

Nostradamusun kitabında "zənginlər ölüb ölüb diriləcək” cümləsi günümüzün tədqiqatçıları tərəfindən 3-cü dünya müharibəsindən sonra baş verəcək iqtisadi böhran kimi şərh edilir. Böhran 2019-cu ildə başlayacaq. Bunun ən böyük səbəbi isə ABŞ prezidenti Donald Tramp olacaq və böhran ABŞ-ın Rusiya və Çin ilə münasibətlərinin pisləşməsi səbəbindən baş verəcəyi qeyd edilir.

Nostradamusun ən böyük öncəgörmələrindən biri Trampın ABŞ prezidenti olacağını 400 il əvvəldən deməsidir. Yazdığı kitablarda 2019-cu ildə ABŞ olduğunu düşündüyümüz bir ölkəyə rəhbərlik edən şəxsin pis xarakteri ucbatından qeyri-müəyyənliyə sürüklənəcəyi, ölkədəki sistemin pozulacağı qeyd edilir. Bundan başqa ABŞ-a rəhbərlik edən şəxsin, yəni Trampın qiyamətə səbəb olacaq insan olduğu da kitabda yer alıb.
 
/ölkə.az

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...