Nobel mükafatçısı məşhur türk Bakıya gəlir

Nobel mükafatçısı məşhur türk Bakıya gəlir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 12-də kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancara həsr edilən "Əziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” mövzusunda konfrans keçiriləcək.

UNEC-dən verilən məlumata görə, konfransda böyük alimin həyat və yaradıcılığına nəzər salınacaq, Ə.Sancarın Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqi dinləniləcək.

Konfrans çərçivəsində Azərbaycan dilində nəşr edilən "Əziz Sancarın Nobel bioqrafiyası” adlı kitabın təqdimatı olacaq.

Ə.Sancar uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb. O, xaricdəki elmi araşdırmalarına görə Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən üç türk alimdən biridir.

Görkəmli alim 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Ə.Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür. (Bakipost.az)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...