Nobel ətrafında müsəlman gərginliyi - İsveçli jurnalistdən qəribə addım

Nobel ətrafında müsəlman gərginliyi - İsveçli jurnalistdən qəribə addım

İsveçin paytaxtı Stokholmda Bosniya soyqırımını inkar edən avstriyalı yazıçı Peter Hankeyə Nobel Ədəbiyyat mükafatı verilməsinə sərt reaksiya göstərən isveçli jurnalist Kristina Doktar Nobel medalından imtina edib.

Sfera.az teleqraf.com-a istinadla xəbər verir ki, məşhur jurnalist bu medalı 1988-ci ildə BMT həkimlərinə yardım etdiyi üçün alıb.

Bosniya və Hersoqovinada baş verən soyqırımı inkar edən və serbiyalı diktator Slobodan Miloşeviçə pərəstişkarlığını dilə gətirən Hankeyə Nobel mükafatının verilməsi İsveç və dünyanın digər ölkələrində etirazla qarşılanıb.

Jurnalist Kristina Doktar da etirazlarla qoşulanlar arasındadır. O bu mükafatın müsəlman soyqırımını inkar edən yazıçıya verilməsinə belə münasibət sərgiləyib: "İsveç Akademiyası ilə qürur duyrudum, amma indi buna görə utanıram, özümü günahkar hiss edirəm".

 

Bosniya soyqırımının törədildiyi dönəmdə orada olduğunu bildirən Doktar qeyd edib: "27 il əvvəl orada soyqırımın şahidi oldum. Nobel Ədəbiyyat mükafatının Bosniya və Hersoqovinada baş verən soyqırımı inkar edən Peter Hankeyə verilməsinə görə Nobel medalını geri qaytaracağam".


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...