“Nizami Mall”ın loqosu oğurluq çıxdı - FOTOFAKT

“Nizami Mall”ın loqosu oğurluq çıxdı -  FOTOFAKT
Azərbaycanda fəaliyyət göstərən yerli firmaların marketinq siyasətlərinin dünya standartlarından aşağı olması heç kimə sirr deyil. İstər PR, istər reklam strategiyaları çox bəsitdir. Əlbəttə istisnalar var, lakin əksəriyyət şirkətin imici, məhsul və xidmətin reklamı məsələsində ənənəvi üsullardan o tərəfə keçə bilmirlər. 
 
Firmaların marketinq sahəsinə ciddi yanaşmadıqlarına bir nümunə daha aşkar edilib. Bakının mərkəzində açılmış yeni  "Nizami Mall” ticarət mərkəzinin loqosu ilk baxışda cəlbedicidir. Lakin qısa  araşdırdırmadan sonra aydın olur ki, şirkət loqonun hazırlanması üçün ən ucuz üsula əl atıb. Yəni, "Nizami Mall”ın loqosu internet məkanında əlçatımlı mənbədən götürülüb. Araşdırmadan da aydın görünür ki, "Nizami Mall” loqosu "NETACUBE” şirkətinin loqosunun eynisidir. Bu şirkət loqo satışı ilə məşğuldur.

 
Hazırda "Nizami Mall”ın istifadə etdiyi loqo açıq satışdadır. Kimsə ödənişini edib alsa ticarət mərkəzinə bundan istifadə etmək qadağan olunacaq.

Qeyd edək ki, beynəlxalq şirkət olan NETACUBE” şirkəti loqo oğurluğuna görə "Nizami Mall” məhkəməyə verə bilər.

Müxtəlif xərclər üçün pul tapan şirkətlər reklam və marketinq üçün xərcləri maksimum qənaət etməyə çalışır. "Nizami Mall” loqo hazırlanması üçün yerli mütəxəssislərə cüzi məbləğə keyfiyyət iş gördürə bilərdi. Ancaq görünür pul xərcləmək istəməyən "Nizami Mall”, oğurluq loqodan istifadə etməyi daha üstün sayır.
 

OXŞAR XƏBƏRLƏR