Niyə hamı evini ailəyə kirayəyə verir?

Niyə hamı evini ailəyə kirayəyə verir?
Ölkədəki problemli məsələlərdən biri də ev sahiblərinin evlərini ancaq ailəli şəxslərə kirayə vermək istəmələridir. Tələbələr, xüsusilə də, oğlanlar ev tapmaqda çətinlik çəkirlər.
 
Sfera.az-a danışan "Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov bu vəziyyətin bir neçə səbəbdən yarandığını bildirib.
 
Onun sözlərinə görə, əsas problem kirayə müqavilələrinin rəsmiləşdirilməsi ilə bağlıdır: 
 
"Əslində hüquqi cəhətdən kirayə müqavilələri rəsmiləşdirilməlidir. Azərbaycanda isə bu bir çox hallarda rəsmləşdirilmədiyinə görə, ev sahibləri riskləri azaltmaq haqda düşünür. Risklər isə nədən ibarətdir. Deyək ki, tələbə oğlan və yaxud qız 1-2 saat içərisində əşyaları az olduğu üçün əşyalarını toplayıb evi tərk edə bilər. Rəsmi müqavilə olmadığı üçün ona qarşı hüquqi bir iddia qaldırıla bilməz və onu tapmağın özü belə problem ola bilər".
 
Ramil Osmanovun sözlərinə görə, ailəli insanlar evi daha səliqəli saxlayır və bu da ev sahiblərinin çox önəm verdiyi məsələlərdən biridir:
 
"Mənzilin saxlanması məsələsi var ki, bu da bəzən ev sahiblərinə problem yaradır. Tələbələr demək olar ki, evi təmizləmirlər. Bəzən 2 həftədən bir təmizləyirlər. Gigiyenik qaydalara əməl etmirlər. Ona görə də, ev sahibləri evlərini kirayə verərkən xüsusilə də, tələbə oğlanlardan qaçırlar. O ki qaldı bunun nə dərəcədə düzgün olduğuna, o mülkiyyətçinin şəxsi işidir. Mülkiyyətçi öz şəxsi fikrində azaddır. Biz ona evini kiməsə kiralamağa məcbur edə bilmərik”.
 

Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...