“Niyə bu qədər uşaq doğmusan?” deyən icra başçısı cəzalanmalıdır - RƏYLƏR

“Niyə bu qədər uşaq doğmusan?” deyən icra başçısı cəzalanmalıdır - RƏYLƏR

"Bu hərəkət insanın şəxsi həyatına və insan hüquqlarına müdaxilədir və qeyri-etik davranışdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədovunrayonun Buruc kəndindən üçəmləri olan ailənin problemlərini dinləmək əvəzinə, utanmadan "niyə bu qədər uşaq doğursan?” deyərək vətəndaşı təhqir etməsinə münasibət bildirərkən hüquqşünas Ələsgər Əhmədoğlu deyib:


"Çox biabırçı vəziyyətdir. Belə hərəkətə yol verən icra başçısının həm siyasi, həm də hüquqi məsuliyyəti var. Hüquqi davranışını bilməyən, başqa insanların özəl həyatına kobud şəkildə müdaxilə edən şəxs necə vəzifədə qala bilər? Bəzi icra hakimiyyəti başçıları və digər məmurların vətəndaşlarla belə kobud rəftar etməsi şəxsiyyətin xarakterilə bağlı olan məsələdir, burada ortaya formalaşmış şəxsiyyətlə formalaşmamış şəxsiyytin fərqi çıxır. Yəni, problem icra başçısı vəzifəsinə bağlı deyil, şəxsiyyət məsələsidir”.


İctimai-siyasi xadim Bəxtiyar Hacıyev hesab edir ki, bu yeni problem deyil və hakimiyyətin ya bilərəkdən, ya da bilməyərək kadr siyasətinin həddən artıq yanlış olduğunun göstəricisidir:

 

"Ən azından son 10 ildə bir çox icra hakimiyyəti başçıları və digər məmurların vətəndaşlarla kobud davranmalarının şahidi olmuşuq. Bəzi yerli icra hakimiyyəti başçıları özlərini kiçik padşah kimi aparır.Bir çoxları da müxtəlif resursları qanunsuz olaraq mənimsəyərək varlanıblar. Son aylar ərzində bir neçə rayonun icra başçısına qarşı əməliyyatlar keçirildi və onlar məsuliyyətə cəlb olundular. Ancaq sonradan bu proses dayandı. Beləliklə, icra başçılarının simasında hakimiyyətin kadr siyasətinin nə qədər yanlış olduğunu gördük. İcra başçıları vətəndaşlarla dil tapmalı, onların problemlərini dinləyib həll etməli olduqları halda, vətəndaşları təhqir edirlər. Nəticədə bir rayonda vətəndaşlar icra başçısının evini yandıracaq qədər qəzəblənir, başqa rayonda icra başçısı qarşıdurmaya səbəb olur. Bu kimi problemlər köklü şəkildə həllini tapmalıdır”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...