“Niyə bu günə düşmüşük?” - Erməni politoloqdan Əliyevlə Paşinyanın fotosuna şərh

“Niyə bu günə düşmüşük?” - Erməni politoloqdan Əliyevlə Paşinyanın fotosuna şərh
"Ölkəmizi təmsil edən şəxs çox savadlı, böyük siyasi təcrübəsi olan adamla görüşüb. Odur ki, söhbət uğurlu alınmayıb. Bunu görüşdən çəkilmiş şəkillərdən də anlamaq olur”.

Bunu politoloq Qurgen Yeğiazaryan deyib. "Simasında istehzalı təbəssüm olan Əliyev və özünü itirmiş Paşinyan. Şəkildən hər şey aydın olur. Vəziyyət niyə belədir? Niyə bu günə düşmüşük?”, - deyə o, sual edib.

Politoloq xatırladıb ki, bəzi mənbələr son zamanlar azərbaycanlıların Naxçıvan istiqamətində xeyli irəlilədiyini deyir: "Əgər kənd bələdiyyələrinin başçıları əhali arasında əsassız təlaş yaradırsa, sərt şəkildə cəzalandırılmalıdırlar. Yox, əgər belə deyilsə, 11 min hektar ərazinin itirilməsini necə başa düşək? Bundan öncə də 800 hektar torpağı düşmənə verib adını "lazımsız ərazi” qoydular. Bu 11 min hektar da lazımsızdır?”.

Qurgen Yeğiazaryan hesab edir ki, Qarabağ münaqişəsinin həlli prosesində sülh qarşılığında ərazilərin qaytarılmasına razılaşmaq Ermənistan üçün məğlubiyyət deməkdir: "Sanki biz yalvarırıq: xahiş edirəm bizi döyməyin. Əlimdəki bulkanı da sizə verəcəyəm, əmi, yalvarıram, bircə bizi döyməyin... Paşinyan deyir ki, heç zaman "sülh qarşılığında ərazilər” ifadəsini işlətməyib. Əlbəttə, bunu deməyəcəksən. Çünki bu, artıq "Madrid prinsipləri”ndə əks olunub. Sən məhz bunun sayəsində baş nazir olmusan. 2017-ci ilin sentyabrında Serj Sarqsyan artıq çantasını toplayaraq qaçmağa hazırlaşırdı. Sadəcə, hakimiyyəti təhvil verməyə adam tapmaq lazım idi, o da səni tapdı. Hakimiyyəti sənə verdi ki, evində rahat otursun”.

Politoloq hesab edir ki, bu gün Ermənistanın daxili siyasətində də biabırçı vəziyyət yaranıb. O, esk-prezident Robert Köçəryanın həbsinə toxunaraq deyib: "Sizdən üzr istəyirəm. Yanılmışam. Demişdim ki, Robert Köçəryanı ayyarım sonra sərbəst buraxacaqlar. Dediyim müddətdən keçib. Bununla belə, fikrimi dəyişməmişəm. Düşünürəm ki, onu yaxın vaxtlarda azad edəcəklər”.

Yeğiazaryanın fikrincə, baş nazirin heç bir ideologiyası yoxdur və o, Ermənistanı ha yana apardığını özü də bilmir: "Dövlətin idarəetmə institutları məhv edilib. Ətrafına savadsız məsləhətçilər toplamısan. Özünə savadlı məsləhətçi tap və ondan bu institutların işə salması yollarını öyrən”. (WorldMedia.Az)

OXŞAR XƏBƏRLƏR

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...