Niyə avtomobili park etmədən öncə kondisioneri söndürmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Niyə avtomobili park etmədən öncə kondisioneri söndürmək lazımdır? - Ekspertdən AÇIQLAMA
Məlumdur ki, avtomobili park etmədən bir neçə dəqiqə öncə mütləq kondisineri söndürmək lazımdır. Bəs bu niyə vacibdir? Bu haqda avtomobil ekspertləri nə deyir?

Onlar bildirirlər ki, belə etdikdə, kondisioner sistemi ilə bağlı problemlərin sayı xeyli azalacaq. Təcrübəli avtomobil sahibləri bilirlər ki, kondisioner düzgün istifadə edilərsə, o, daha uzun müddət onları yarı yolda buraxmaz. 

Sfera.az ölkə.az-a istinadən bildirir ki, istifadənin əsas qaydalarından birində deyilir: kondisioner, avtomobili dayandırmağa başlamazdan 5-10 dəqiqə əvvəl söndürülməlidir. Belə ki, o çalışdığı zaman sistemdə soyuq hava dolaşır. Kondisioneri söndürdükdən sonra bu soyuq hava temperatur fərqləri səbəbindən kondensasiyaya səbəb olur. Nəm əmələ gətirir və dağıdıcı təsir göstərir.

OXŞAR XƏBƏRLƏR