Gündəm

"NİSYƏ DƏFTƏRİM DƏ YANDI..." - Sahibkar “EuroHome”dəki yanğından danışdı

 
"EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”.

Bunu "Report”un hadisə yerində olan əməkdaşına adıçəkilən bazarda mağazası olan sahibkar Seymur Orucov deyib.

Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib:

"Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.

O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib:

"Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb. Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031