Nişanlı müəllimni qaçıran direktorun qardaşı oğlu imiş

Nişanlı müəllimni qaçıran direktorun qardaşı oğlu imiş
 Bərdə rayonunda müəllimənin zorla qaçırılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
2017-ci ildə pedaqoji təhsilini başa vuran və Bərdənin Hacıallı kəndində yerləşən 1 saylı orta məktəbə təyinatla riyaziyyat müəllimi göndərilən 23 yaşlı qızın Tural Zeynalov tərəfindən qaçırılması məlum olub. Bildirilir ki, T. Zeynalov həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur və anası da həmin məktəbdə müəllimə işləyir.

O da məlum olub ki, 23 yaşlı müəllimənin zorla qaçırılması hadisəsi dünən günorta saatlarında məktəbin yaxınlığında baş verib. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış.  Əvvəlcədən hazırlıq görən T. Zeynalov onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb.

Qeyd edək ki, qaçırılan qız Şəmkir rayon sakinidir. Onun valideynləri artıq Bərdəyə gəlib və polisə şikayət ərizəsi yazıblar. Qaçırılan qızın başqasına nişanlı olduğu bildirilir.
 
///Lent.az 

OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...