Nikol Paşinyan “Twitter”-də “sülh göyərçini”nə necə çevrildi? - FOTO

Nikol Paşinyan “Twitter”-də “sülh göyərçini”nə necə çevrildi? - FOTO


Ermənistanın baş naziri Nikol Paşinyanın "Twitter” hesabından yazdığı post onun hiyləgər və avantürist mahiyyətini bir daha ortaya qoyub. Statusda deyilir: "Mən dialoqu təkcə Azərbaycan prezidenti ilə yox, Azərbaycan xalqı ilə də aparmağa hazıram. Ona görə ki, Azərbaycan xalqının Ermənistan və Dağlıq Qarabağ xalqı kimi sülhsevər olmasına əminəm”.


Paşinyan bu mesajıyla özünün guya sülh tərəfdarı olması haqda saxta görüntü yaratmağa çalışır. Lakin Ermənistan rəhbərliyində təmsil olunduğu gündən ortaya qoyduğu əməli fəaliyyət, eləcə də müxtəlif vaxtlardakı çıxışları indiki iddiasına daban-dabana ziddir.

 

Sfera.az xatırladır ki, sələfi Sarkisyan ən azından Dağlıq Qarabağa müstəqillik veriləcəyi təqdirdə ətraf rayonları azad etməyə razı olduğunu bəyan etmişdi. Amma yeni "demokratik” hakimiyyət DQ ətrafındak rayonları belə güzəştə getmək istəmədiyini dəfələrlə bəyan edib. Belə olan halda indi Paşinyanın birdən-birə "sülh göyərçininə” çevrilməsi imitasiyadan başqa heç nə deyil.


Ümumiyyətlə, son zamanlar istər Ermənistan hakimiyyətində təmsil olunanlar, istər müxalifət, istər ictimai sektor, istərsə də erməni diaspora təşkilatları güzəşt terminini leksikonlarından çıxardıblar. N.Paşinyanın bir neçə gün əvvəl Təhlükəsizlik Şurasnın iclasını işğal olunmuş ərazimizdə, Xankəndində keçirməsi də onun sülh çağırışlarında nə qədər ikiüzlü olduğunu ortaya qoyur. Ermənistanın baş naziri bu addımı ilə Qarabağla bağlı hər hansı güzəştə hazır olmadığını, bu haqda düşünməyəcəyini ifadə edib.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR