Cəmİyyət

Nigar İsmayılqızı dəfn olundu - FOTO

Nigar İsmayılqızı dəfn olundu - FOTO
Xəbər verdiyimiz ki, leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.

Sfera.az verir ki, sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən aparıcı bir neçə gün öncə Bakıya gətirilmişdi.

O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Mərhum jurnalistin atasının məzarı Şabran rayonunda olduğundan o da burada  dəfn olunub. Dəfn mərasimində mərhumun yaxınları və dostları iştirak edib.
Jurnalistin yas mərasimi sentyabrın 16-da Heydər məscidində olacaq.

Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var idi.

Allah rəhmət eləsin!
 
 
///Xeberle.com

XƏBƏR LENTİ