Nəzmiyyə Hicran:"Adamın adamı olsun gərək"-MÜSAHİBƏ

Nəzmiyyə Hicran:

 

 
Sfera.az bu gündən yeni layihəyə start verir. Layihəmiz cəmiyyətin tanınmış simalarından ölkənin həyatında baş verən hadisələrlə bağlı müsahibələr almaqdır. Layihəmizin ilk qonağı Turana doğru qəzetinin təsisçisi, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Nəzmiyyə Hicrandır.

Xaricdə yazarlar kitablarından milyonlar qazanır, bəs bizim ölkəmizdə sizcə niyə belə olmur?

         Zaman-zaman dəyişkənliklər oldu ədəbiyyat sahəsində. 70-80 cı illərdə elə bizimdə ölkəmizdə yazarlar pis yaşamayıblar. O illərə nəzər salsaq görərik ki, bizim şair və yazıçılar şəhərin mərkəzində evlə təmin olunublar, çap olunmuş kitablarının qonararıyla digər ehtiyaclarını ödəyiblər. Amma gəlin görək zaman o zamandırmı. Mənə elə gəlir ki, bu gün elə dediyiniz o xarici ölkələrdə də yazıçı-şairlərin bir qismi bizdəki kimidir. O milyonları xaricdə də elə Azərbaycanda da qazanan və qazanmayanlar var. Burda biraz şans da rol oynayır desək yanılmarıq. Yazdığı əsərlərin bəhrəsini görən və görməyənlər var. Yaxud da adamın adamı olsun gərək... istedadlı insanlara çıraq tutan olsa elə o milyonları buradada qazanmaq olar...

Ölkədə sizcə hansı nəşriyyat bazara və tələbata uyğun kitab çap edir?

Məncə Qanun nəşriyyatı, Elm və təhsil, Vektor adlı nəşriyyatlar buna nümunə ola bilər. Azərbaycandakı nəşriyyatlarla əlaqəm o qədər olmadığı üçün bu sualla dolğun cavab vermiyəcəyəm.

Ölkəmizdə yazarlara olan münasibət sizi qane edirmi?

Xeyr, mən doğrudan bu mövzuya bəlkə də heç toxunmaq belə istəməzdim. Bilirsinizmi nəyə görə? Doğru-düzgün danışanları, qərəzsiz edilən tənqidləri bizim ədəbi mühitin bəzi qarın ədəbiyyatçıları qəbul etmir və hətta düşmən gözündə görürlər... Evi olana ev verilir, istedadı olmayana iş verilir, istedadlılar, evsizlər isə ağzını açıb tamaşa edir... Əlindən 50 səhifəlik yazı yazmaq gəlməyən, ədəbiyyat nədir bilməyən biriləri ədəbi fəaliyyətinə görə evlə təmin olunanda mən kitablarımı, beynimi, təfəkkürümü yandırmaq istəyirəm. ədəbiyyatı alaq başına alıb. Ketman və bağban lazımdır ki, təmizləsin, amma çətin... tənqidçi 100 manat alıb başı-ayağı olmayan bir yazıya ön söz yazıb tərif edirsə hansı münasibətlərdən danışa bilərəm ki, mən...

Türkiyədə yaşayırsınız sizcə ora ilə ölkəmizin arasında kitab bazarı baxımından hansı fərqlər var?

Orda kitaba sayğı-dəyər daha çoxdur. Həm də oranın çapı çox nəfisdir. Mənim Azərbaycanda 8 kitabım nəşr edilib. 2 kitabım isə Türkiyədə. Fərqlər inanılmaz dərəcədə gözə çarpandır. Bizdə bu işlərdə tapşırıqla olanda daha gözəl olur. Amma sıradan olan bir yazar təəssüratı bağışladınsa naşir də o kitabı sıradan bir kitab olaraq nəşr edir. Bu acınacaqlı bir haldır...  Amma realda bu belədir. Bazara gəlincə isə heç bir fərq görmürəm mən. Azərbaycanda daha çox alınan kitab Anarın, Ç. Abdullayevin, F. Qocanın, Varisin ve digər yazarlarımız olduğu kimi onlarda da Atsız, O. Pamuk və digərlərini misal çəkə bilərəm. Kitabın bazarı kitabın kütləni özünə sevdirməsidir.

Nəzmiyyə Hicran Kəlbəcərlidir. Bəs Qarabağ sizin üçün nə deməkdir?

Anadır, yurddur, vətəndir... Bu günümdür, sabahımdır, keçmişimdir. Qarabağ mənim yaralı, gündən günə qan verən və sağalmayan yaramdır. Onun üçündə dünyanın hansı bir yerində söz demək imkanım olursa o söz mütləq Qarabağ kəlməsidir. Kəlbəcər isə Qarabağın qala qapısı idi. O qapını əldə edən şərəfsiz erməni və erməni havadarları bütün Qarabağa sahibləndilər. İllərdir ki, biz Qarabağa, Kəlbəcərə həsrətik. Anam qəzaya düşdü və həmən an dünyasını dəyişdi. Mən ikinci dəfə ümidlərimi, gümanımı, vətənimi, anamı itirdim... Hərdən mənə elə gəlir ki, dünyanın ən bədbəxt yazarıyam. Bir insanda sevinə bilməzmi? Bir insanda zaman-zaman dağlanarmı? Atamın-bacımın məzarları Kəlbəcərdədir. Onlarda gənc yaşlarında avtomobil qəzasında dünyalarını dəyişmişdilər, amma anam mənə səbr, dözüm, ümid verirdi. İtirdim onuda. Vətənsiz, Qarabağsız, anasız insan üçün yaşamağın nə olduğunu anlatmaq çox çətindir... hələ gözlərimə bir baxın orada hər şeyi görəcəksiniz...

Sizin kitablarınızın çapını, xaricdə fəaliyyətinizi Cavid Qurbanovun maliyyələşdirdiyini deyirlər bu doğrudurmu?

Əsla! Bunu məndən də çox yerdə soruşublar hansı ki, Cavid Qurbanovun köməyindən səmərəli istifadə edən insanlar soruşublar. Buna tam aydınlıq gətirərək deyirəm ki, Millət vəkilimiz Cavid Qurbanov və ya Aşıq Şəmşir Mədəniyyət Ocağının maliyyəsi ilə mənim iki kitabım "Haraylayır ana torpaq”, "Xoş xəbər intizarında”kitablarım  işıq üzü görüb və təqdimatlarımda da bunu qeyd etmişəm. Xaricdə fəaliyyətim isə mənim ədəbi fəaliyyətimdir, elmi fəaliyyətimdir və bu mənim birbaşa öz maliyyə hesabımadır. Kitablarımı Türkiyədə "Orhun Yayınevi” yayımlayır. Mən 5 türkdilli ölkənin yazarıyam və özümə görə, elmimə, yaradıcılığıma görə də hörmətim var. Dediyiniz Cavid Qurbanov bəlkə də məni heç tanımır tanısa köməklik edər. Ən azından Kəlbəcər ziyalısıyam. Biz Ələsgər Qurbanovla, Cavid müəllimin əmisi ilə qonşu olmuşuq. Atam-anam onlarla çalışıb. İnanın mən heç bir dəfə də Dəmiryol idarəsində Cavid müəllimin qəbuluna düşə bilməmişəm. Köməkçisi Həbib Misirov əngəl olub hər zaman. Pul-para istəyəcək də deyiləm məni tanıyırlar ən azından necə bir insanam. Amma nədənsə Həbib Misirov məni Cavid Qurbanovun qəbuluna salmağa marağı olmayıb. Cavid müəllim məni  tanısa əgər maliyyələşdirərdi və məndə heç bu sözləri eşidib əsəbləşməzdim. Çünki mən ağlı başında, özünü-sözünü bilən bir Kəlbəcər ziyalısıyam. Xaricdə fəaliyyətim, kitablarımın çapını da hər kəs görür. Mən görünən kəndəm... Gizli heç nəyim yoxdur!

Kişi həmkarlarınızı müsahibələrinizdə kəskin tənqid edirsiniz. Onların içərisində nümunəvi hesab etdiyiniz biri varmı?

Məni bir məsələ çox maraqlandırır... İstər tv lərdə, istər mediada hər kəs bu sualla mənə müraciət edir və bir dediyimin üstünə beş qoyub yazırlar. Ədəbi mühitdə və ya həmkarlarım hər zaman mənə sayğı, diqqətlə yanaşıblar. Əgər kimisə kəskin tənqid etmişəmsə demək haqlı olmuşam. Mən evdə də beləyəm, çöldə də. İkiüzlülüyü, yalanı, iftiranı, xainliyi, xəbisliyi sevən ondan aldanan biri deyiləm və düz danışıram. Bunu da bəziləri qəbul etmir və bu cür aqressiv xarakteri mənə yamamağa çalışırlar. Ədəbi mühitdəki həmkarlarımı deyirəm. Onlar mənə, mənim xarakterimə heyrandırlar. Bəzi müsahibələrimdə demədiyim sözləri də yazırlar, amma bu vaxtacan bir jurnalist həmkarım məndən soruşmayıb ki, ay Nəzmiyyə sən Kəlbəcərdən necə qaçıb gələ bildin, oradan necə salamat çıxa bildin, ürəyindəki bu nisgillər hardan qaynaqlanır.



Share Button

DİGƏR XƏBƏRLƏR