Nəzarət Palatasında Sığorta nəzarəti departamentinə rəhbər təyin edilib
19:09 / 25.04.2016
878
Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Sfera.az APA-ya istinadən bildirir ki, Palatanın Sığorta nəzarəti departamenti, Sığorta vasitəçilərinə nəzarət qrupuna rəhbər təyin edilib. Bu vəzifə Aqşin Əlizadə həvalə olunub.
Qeyd edək ki, A. Əlizadə buna qədər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində çalışıb.
Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.