İdman

Neymarın portreti Kazan divarlarında - FOTO

Neymarın portreti Kazan divarlarında - FOTO
Rusiyanın Kazan şəhərinin 1 nömrəli məktəbinin divarında Braziliya futbol millisinin hücumçusu Neymarın portreti çəkilib.

Sfera.az xəbər verir ki, Kazan şəhər hakimiyyətinin xahişi ilə yaradılan qrafiti Neymarın qaldığı otel otağının qarşısına çəkilib.

Dünən saat 21:00-da başlayan iş bütün gecəni davam edib və bu səhər 11:00-da başa çatıb.

Daha əvvəl Kazan divarlarında Kriştianu Ronaldo və Lionel Messinin surətinin əks olunduğu qrafiti çəkilmişdi. 

Rəsmi çəkən rəssam Sergey Akramov daha geniş sahəyə çəkilməli olduğundan Neymarın portretinin daha çətin çəkildiyini deyib:

"Ronaldo və Messinin portretlərinin hazırlanmasında daha cəsur rənglərdən istifadə olunmuşdu. Neymarın portretində isə rəng qamması monoxrom idi. Portretin çəkildiyi sahə də belə idi”.

Qeyd edək ki, Braziliya yığması 6 iyulda Tatarıstan paytaxtında  Braziliya və Belçika arasında növbəti qarşılaşma üçün Soçidən Kazana gəlib. 

Rəsul
Sfera.az
 


AdRiver

XƏBƏR LENTİ