İdman

Neymarın hekayəsi - Zibillikdən zirvəyə

Neymarın hekayəsi - Zibillikdən zirvəyə
Bəzi futbolçular futbolu qaydalara uyğun deyil, daha çox zövqlərinə görə oynayarlar. Belə futbolçulardan biri də Neymardır.
Sizə PSJ-nin və Braziliya millisinin hücumçusu Neymarın peşəkar futbola qədər olan hekayəsini təqdim edirik.

Neymar bir çox braziliyalı futbolçu kimi bu oyunu ilk dəfə küçədə oynayıb. Buna görə də, istedadına görə bir az da o küçələrə borclu olduğunu demək olar. Çünki küçədə çılpaq ayaqla futbol oynamaq, ayaq texnikasını inkişaf etdirən bir şeydir. Yoldan keçən maşınlar, ətrafda olan açıq pəncərələr, yolda gedən insanlar, yerdəki daşlar və s - futbol oynayarkən, sadəcə rəqiblə deyil, ətrafdakı "maneələr"lə də mübarizə aparmalı olursan.

Neymarın uşaq olarkən yaşadığı ev

Neymar çox sadə məhəllədə böyüyüb. Onun atası bu barədə danışarkən, "Burda yaşadığımız dövrdə məhəllə bu qədər inkişaf etməmişdi. Şəhərin bütün zibilləri bura yığılırdı. Bəhs edilən dövr çox da uzaq deyil, 2008-ci ildir. Neymar peşəkar futbola başlayana qədər burda yaşadıq. O, ilk peşəkar müqaviləsini 12 yaşında olarkən imzaladı. Hələ o vaxtlarda Neymarın möhtəşəm futbol karyerasına sahib olacağını bilirdim" deyir.

Neymarın ilk məşqçisi Betinyo isə onu ilk dəfə 1998-ci ildə izlədiyini bildirir:

"Neymarın oyununu ilk dəfə izləyəndə, onun 6 yaşı vardı. İstedadına, sürətinə görə digər futbolçulardan fərqlənirdi".

Neymar hazırda küçədə kəşf edilən futbol istedadını PSJ-də, dünyanın ən böyük klublarından birində sərgiləyir. Eyni zamanda, o, özünün "İnstituto" adlı futbol məktəbi vasitəsilə gənc, istedadlı futbolçulara şərait yaradır. Bundan başqa, küçə futbolu turniri təşkil edən braziliyalı hücumçu, uşaqkən oynadığı futbolu yenidən həyata keçirir. Dar meydanda, kiçik qapılarla...komando

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031