Netanyahu İrana qarşı çağırış etdi

Netanyahu İrana qarşı çağırış etdi

İsrailin Baş naziri Binyamin Netanyahu İran Prezidenti Həsən Ruhaninin nüvə sazişi ilə bağlı açıqlaması fonunda Tehrana təzyiqləri artırmağa çağırıb.

İsrail hökumətinin başçısı bu məsələni Londonda İngiltərənin Baş naziri Boris Conson və Pentaqon rəhbəri Mark Esper ilə müzakirə edəcəyini deyib.

"Bu gün səhər bizə İranın nüvə silahı əldə etmək istəyi ilə bağlı məlumat verildi. Bu, İranın beynəlxalq gəmiçiliyə, regiondakı ölkələrə qarşı təcavüzkar hərəkətləri, eləcə də İsrail dövlətinə hücumlar həyata keçirmək səyləri ilə uyğunlaşır. İndi İranla danışıqların vaxtı deyil, indi İrana təzyiqləri artırmağın vaxtıdır", - deyə Netanyahu vurğulayıb.

Azvision.az xatırladır ki, İran Prezidenti Həsən Ruhani Tehranın nüvə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsinin bir hissəsi kimi nüvə sazişinin müddəalarına əməl etməkdən imtina etdiyini bildirmişdi. İran cümə günündən nüvə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsini həyata keçirməyə başlayacaq.



OXŞAR XƏBƏRLƏR